Neft tankeri aşdı, 200 nəfər öldü
03 İyul 2010 Şənbə 15:00
Hadisə Kongoda baş verib. Neft tankeri aşdı, 200 nəfər öldü.
Afrikanın şərq sahillərində yerləşən Kongo Cumhuriyyətində faciəvi hadisə baş verib. Kongonun şərqindəki Sout Kivu şəhərinin Bukavu qəsəbəsində iyulun 2-də neft tankeri aşaraq partlayıb.
Konqonun hökumət rəsmisi bildirib ki, partlayış zamanı ən azı 204 nəfər ölüb, 190 nəfər isə yaralanıb.

Məlumata görə, insanlardan bəziləri neft oğurlamağa çalışarkən, çoxu isə qapalı məkanda futbol üzrə Dünya Çempionatı oyununu izləyərkən ölüblər.

BMT əvvəlcə hadisə zamanı insanları tankerdən uzaq tutmağa çalışan 5 əsgərin öldüyünü desyib. Lakin sonradan yaydığı açıqlamada ölüm faktının olmadığını elan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar