Neft kəmərində partlayış baş verib
16 Sentyabr 2009 Çərşənbə 19:35
Partlayışın baş verdiyi yerdə hazırda yanğınsöndürmə işləri aparılır
Türkiyənin şimal-qərbində regionda NATO infrastrukturunu təchiz edən neft kəməri partlayıb. Bu barədə Türkiyənin Təhlükəsizlik Xidmətinə istinadən Anadolu Dövlət İnformasiya Agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, partlayış neft kəmərində yaranan təzyiq artımından baş verib. Bilecik vilayətində baş verən hadisə nəticəsində boru kəmərindən 60-70 ton aralığında neft axıb.

Partlayışın baş verdiyi yerdə hazırda yanğınsöndürənlər çalışır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar