Neft kəməri partladıldı
29 Oktyabr 2009 Cümə Axşamı 00:35
İraqın şimalında neft kəməri partladıldı.
İraqın şimalında Kərkük - Ceyhan neft boru kəməri partladılıb. Partlayış kəmərin Mosul şəhəri yaxınlığından keçən hissəsində baş verib. Kəmərin fəaliyyətinin qısa müddətdə bərpa ediləcəyi bildirilir.
Qeyd edək ki, İraq kəşf olunmuş neft ehtiyatlarına görə dünyada üçüncü yeri tutur. Ölkə gəlirlərinin təqribən 90 faizi neftdən gəlir.
Kərkük - Ceyhan borusunun uzunluğu 950 kilometrdir. Kəmərlə gün ərzində təxminən 490 min barel neft nəql olunur.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: