Neft əvəzinə kartof
13 Avqust 2010 Cümə 19:40
Aleksandr Lukaşenko Rusiyaya optimal təklif verib.
Belarus Rusiyaya kənd təsərrüfatı məhsulları tədarük etməyə hazırdır. Ölkə başçısı Aleksandr Lukaşenko qaz və ya neft əvəzinə Rusiyaya kənd təsərrüfatı məhsullarını verə biləcəyini deyib. “Rusiyadakı dostlarımıza yardım etməliyik. Onların kifayət qədər neft və qazı var. Biz kənd təsərrüfatı məhsulları ilə mübadilə etməyə hazırıq”,- deyə Belarus dövlət başçısı Aleksandr Lukaşenko bildirib.
Buğdanı istisna hallarda, unu isə məhdudlaşdırılmış miqdarda satmaq lazım olduğunu deyən Belarus prezidenti qiymətlərin hələ qalxacağını da qeyd edib: “Ona görə də hazırda biz süd və ət satışı ilə məşğul olmalıyıq, çünki taxıl məhsullarının qiyməti bahalaşacaq”.
Belarusun kənd təsərrüfatı naziri Mixail Rusıy isə bildirib ki, bu gün kartofa olduqca böyük tələbat var və artıq Tatarıstan 100 min ton kartof sifariş edib.
Qeyd edək ki, Rusiyada kütləvi yanğınlardan sonra baş nazir Vladimir Putin buğda ixracına veto qoyub. anspress
DOSTLARINLA PAYLAŞ: