Neft bahalaşır
18 Mart 2011 Cümə 12:42
Yaxın Şərq hadisələri neftin qiymətini qaldırır
Bu gün dünya birjalarında neftin qiyməti bahalaşıb. Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi “qara qızıl”ın qiymətində əhəmiyyətli dinamika yaradıb.
Nyu-Yorkun elektron satış birjasında “WTI” (Light Sweet Crude Oil) markalı neftin barelinin aprel ayına olan fyuçerlərinin qiyməti 1,77 dollar və ya 1,75% bahalaşaraq 103,19 dollara, “Brent” markalı neftin barelinin aprel ayına olan fyuçerslərinin qiyməti isə 1, 146 dollar və ya 1,27% qalxaraq 116, 36 dollara təklif edilib.
Qeyd edək ki, bu gecə BMT Təhlükəsiz Şurası Liviyada dinc əhaliyə qarşı atəşkəsin dərhal dayandırılması haqda qətnamə qəbul edib. “Bloomberg” agentliyinin məlumatına görə, “Barclays Capital” şirkətinin Sinqapurdakı analitiki Yu Si bildirib ki, narahatlıq yenidən başladığıdan bazarlardakı qiymətlərdə qeyri-müəyyənlik müşahidə olunur.
DOSTLARINLA PAYLAŞ: