Neft bahalaşdı
03 Fevral 2011 Cümə Axşamı 02:10
“Qara qızıl”ın bir barelinin qiyməti Amerikada 90,86, Avropada 102,34 dollara çatıb
Misirdə davam edən kütləvi iğtişaşlar, eləcə də ABŞ-da neft ehtiyatının artması barədə məlumatlar fonunda ötən gün dünya bazarlarında neft bahalaşıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,60 dollar artaraq, 102,34 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,09 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 90,86 dollar təşkil edib.

Yanvarın 25-dən Misirdə 30 ildir hakimiyyətdə olan prezident Hüsnü Mübarəkin istefası, eləcə də iqtisadi və siyasi islahatların keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirilir. Etirazlar talanlar və yanğınlarla müşayiət olunur. BMT-nin məlumatına görə, hadisələr başlayandan indiyədək 300 nəfər ölüb, 4000-dən artıq adam xəsarət alıb. Treyderlər vacib ticarət yollarından birinin - Süveyş kanalının bağlanmasından ehtiyatlanırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar