Nəcməddin Ərbakan son mənzilə yola salındı
01 Mart 2011 Çərşənbə Axşamı 20:02
Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan ın dəfn mərasiminə yüz minlərə insan gəlib.
Bu gün Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan son mənzilə yola salınıb. O, dövlət səviyyəsində mərasimin keçirilməməsini və həyat yoldaşının yanında basdırılmasını vəsiyyət edib. Dəfn mərasiminə yüz minlərə insan gəlib. Minlərlə insan sabiq baş nazirlə vidalaşmaq üçün 4 km-dən artıq məsafə qət edib. Nəcməddin Ərbakanın nəşini aparan avtomobil insan sıxlığına görə qəbiristanlığa 2,5 saat çatıb.

Qeyd edək ki, Ankarada vəfat edən sabiq baş nazirin cənazəsi təyyarə ilə İstanbula gətirilib. Dəfn mərasimi üçün minlərlə insan Fatih Camisinə toplaşıb. Cənazə namazı qılındıqdan sonra Ərbakanın nəşi İstanbul Mərkəz Əfəndidəki ailə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Türkiyə prezidenti Abdulla Gül, baş nazir R.T.Ərdoğan, Türkiyənin dövlət nazirləri, siyasi partiyaların liderləri, hərbçilər, əcnəbi qonaqlar və minlərlə insan iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar