Nazranda xüsusi təyinatlı polis komandirinin evi gülləbaran edilib
19 İyul 2009 Bazar 12:20
Baş verən hadisədə iki nəfər ölüb, 2 nəfər yaralanıb

 

İnquşetiyanın mərkəzi Nazranda xüsusi təyinatlı polis komandiri Bəy Əli Ekajovun evi naməlum şəxslər tərəfindən atəşə tutulub. Baş verən hadisədə iki nəfər ölüb, 2 nəfər yaralanıb.

Bu barədə Rusiyanın İnquşetiyadakı istintaq idarəsinin nümayəndəsi məlumat verib. Məlumata görə, qumbaraatan və avtomat silahlardan açılan atəş nəticəsində polis polkovniki və ailə üzvlərindən 3 nəfər yaralanıb. Yaralılar təcili xəstəxananaya çatdırlsa da, Ekajovun qızı və bacısının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslər isə ərazidən qaçmağa müvəffəq olublar. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar