Nazranda kamikadze partlayış törətdi
17 Dekabr 2009 Cümə Axşamı 16:35
Nazranda kamikadze partlayış törətdi. Partlayıcı maddənin yerləşdirildiyi avtomobil posta çırpılıb.
Rusiyanın Nazran şəhərində Yol-Patrul Xidməti postunda baş verən partlayış zamanı ilkin məlumatlara görə, 18 nəfər xəsarət alıb. Rusiya Federasiyasının İnquşetiya üzrə İstintaq Komitəsindən verilən məlumata görə, partlayışı kamikadze törədib. Belə ki, o partladıcı maddənin yerləşdirildiyi avtomobillə posta çırpılıb.

Hadisə nəticəsində bir nəfərin öldüyü və onun elə kamikadzenin özü olduğu da bildirilir.

İnsident nəticəsində həlak olanlar partlayış zamanı postdan keçən daxili qoşunların hərbçiləri olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar