Nazlıcan “Aslanlı saray”dan zirzəmiyə köçdü
14 İyun 2010 Bazar Ertəsi 06:25
“Evdən sadəcə paltarlarını götürərək çıxıb və artıq ailəsi ilə birlikdə zirzəmidə, divanın üstündə yaşayacaq”.
Türkiyədə özündən 54 yaş böyük işadamı Xalis Toprakdan boşanan Nazlıcan Tağızadə kirayə yaşamaq üçün ev axtarır. Qeyd edək ki, məhkəmənin ayrılıq qərarından sonra Halis Toprağın müvəqqəti olaraq özünə aid “Aslanlı saray”ın (Aslanlı köşk) həyətindəki mənzildə qalmasına izn verdiyi Nazlıcan ikinci alimenti aldıqdan sonra kirayə ev axtarmağa başlayıb.
Vəkili Nazlıcanın ev tapa bilmədiyini bildirib: “Neçə gündür ev axtarır, amma tapa bilmir. Ev sahibləri X. Toprağın həyat yoldaşı olduğunu eşidəndə ev vermirlər. İndi “Acarlar” şəhərciyində bir binanın zirzəmisində 1000 lirəyə (509 manat) ev tapıb. Evdən sadəcə paltarlarını götürərək çıxıb və artıq ailəsi ilə birlikdə zirzəmidə, divanın üstündə yaşayacaq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: