Nazirlərin maaşı azaldıldı
13 Mart 2013 Çərşənbə 23:11
Bundan sonra Gürcüstanda nazirlərin aylıq maaşı 3800 dollar olacaq.
Gürcüstanın baş naziri Bidzina İvanişvili nazirlərin əməkhaqlarının azaldılması haqda qərar verib. Gürcüstan hökumətinin mətbuat xidməti xəbər verir ki, nazirlərin maaşları 12% azaldılıb.
Bundan sonra Gürcüstanda nazirlərin aylıq maaşı 6300 lari, yəni, 3800 dollar təşkil edəcək. Gürcüstan hökuməti nazirlərə aylıq mükafat verilməsi ənənəsindən də imtina edib. Mükafatlar ildə bir dəfə baş nazirin qərarı ilə veriləcək.
DOSTLARINLA PAYLAŞ: