Nazirin parlamentdəki sərgüzəştləri
10 Yanvar 2010 Bazar 20:25
Sosial müdafiə naziri sərxoş halda deputatlar qarşısında çıxış edib
Belçikanın sosial müdafiə naziri Mişel Derden ölkənin federal parlamentinə sərxoş vəziyyətdə gəlib. Bu, ona baha başa gəlib. Nazir hamı tərəfindən, xüsusilə də müxalifətçilər tərəfindən şiddətli tənqidinə məruz qalıb.
Qeyd edək ki, Mişel Derden yanvarın 7-də parlamentdə pensiya islahatlarının aparılmasına dair etdiyi çıxış zamanı özünü qeyri-adi aparıb. Nitqi zamanı həmkarları ilə zarafat etməyi, aktiv şəkildə jestlərdən istifadə etməyi, səbəbsiz yerə gülməyi və ifadələrindəki həddsiz fasilələr nazirin sərxoş olduğunu aşkara çıxarıb.
Nazirin bu vəziyyəti telekameralar vasitəsi ilə lentə alınıb və çox keçmədən bu kadrlar “Youtube” saytında yerləşdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: