Nazirin oğlu hebs edile biler
01 May 2013 Çərşənbə 13:07
Nazirin oğlu ile bağlı araşdırma aparılır.
Fransanın vergi orqanları respublikanın xarici işlər nazinin oğlu Tom Fabiusla bağlı araşdırma aparır. Yerli KİV-in yazdığına görə, onun adı qeyri-qanuni maliyyə işlərində hallanır. ANS PRESS-in verdiyi xəbərə görə, Fabiusun 7 milyon avroya ev aldığı bildirilir.
Söhbət Parisdə yerləşən və fransız rejissor Klod Zidə məxsus olan 280 kv. metrlik təmtəraqlı mənzildən gedir. Müstəntiq 31 yaşlı Tomun gəlirlərini araşdırıb. Onun bildirdiyinə görə, o öz şirkətinin zəmin durması şərti ilə bankdan kredit götürüb.
2 il əvvəl Paris məhkəməsi məşhur siyasətçinin oğlunu 15 min avro cərimə etmişdi. 2009-cu ildə ona qarşı 2 iddia qaldırılıb. Arbitraj məhkəməsində məsələni yoluna qoymaq mümkün olub.
Xatırladaq ki, Fransa XİN-in rəhbəri Loran Fabius Fransua Ollanda yaxın şəxslərdən hesab olunur.
DOSTLARINLA PAYLAŞ: