Nazirden nikbin proqnoz
22 Oktyabr 2013 Çərşənbə Axşamı 07:48
Bijən Zəngənə: İranın neft bazarının inkişaf etməsi üçün nazirlik səylərini davam etdirir.
İran İslam Respublikasının neft naziri İranın neft ixracatının yaxşılaşacağından xəbər verib.

Neft və Energji İnformasiya Agentliyi (ŞANA)-nın verdiyi məlumata əsasən, İranın neft naziri Bijən Zəngənə verdiyi müsahibədə İran neft bazarının inkişaf etməsi üzrə neft nazirliyinin geniş səylərinə toxunub.

Zəngənə Hindistan rəsmilərinin İran neftinin külli məbləğinin rupiyə ilə ödənilməsi tələbatına toxunaraq deyib: Hindistan rəsmiləri bu barədə İİR-nın Mərkəzi Bankı ilə müzakirə edib mövcud məsələləri ortadan qaldırılmalıdırlar.

Hindistanda çıxan Biznes Standard qəzeti sonlarda yazıb ki, Hindistaın ticarət və sənaye üzrə nazirliyinin ticarət bölməsi İrandan bu ölkəyə ixrac etdiyi xam neftinin pulunu rupiyə ilə ödənilməsini qəbul etməsini istəyib.

Qey edək ki, Hindistan hazırda İrandan idxal etdiyi neft pulunun 55 faizını rupiyə və yerdə qalanı isə avro ilə ödəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar