Nazir və müavini helikopter qəzasında öldü
10 İyun 2012 Bazar 16:34
Keniyada helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.
Keniyanın daxili təhlükəsizlik naziri Corc Saitoti və onun müavini helikopterin qəzaya uğraması nəticəsində ölüb. Onların və daha 4 nəfərin olduğu polis helikopteri paytaxt Nayrobi yaxınlığında qəzaya uğrayıb. Digər 4 nəfər də ölüb.
Qəzanın səbəbi hələlik məlum deyil.
DOSTLARINLA PAYLAŞ: