Nazir saz çalaraq mahnı oxudu
30 Mart 2013 Şənbə 07:30
Millət vəkili Nəbi Bozqurd, Mut bələdiyyə sədri Murad Orxan və s. qonaqlar da oxuyaraq naziri müşayiət ediblər.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan iştirak etdiyi tədbirdə saaz çalaraq mahnı oxuyub. Hadisə Mersin vilayəti, Mut rayonundakı “Cümhuriyyət” meydanında baş verib. Bəzi açılış və təməl qoyma tədbirləri üçün rayonda olan nazir sənətkar, kəndli və tələbələrdən ibarət xalq xorunun konsertinə tamaşa edib. Nazir daha sonra sazı götürərək “Çərşənbəyi sel aldı” mahnısını ifa edib və oxuyub. Tədbirdə olan millət vəkili Nəbi Bozqurd, Mut bələdiyyə sədri Murad Orxan və s. qonaqlar da oxuyaraq naziri müşayiət ediblər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar