Nazir qızının toyuna helikopterlə getdi
29 Mart 2013 Cümə 15:25
Moşe Yaalon uzunmüddətli iclaslardan qalmaq istəmədiyi üçün belə edib.
İsrailin yeni təyin olunan müdafiə naziri qızının toyuna helikopterlə gedib. Vəzifəyə təyinatdan 3 gün sonra Moşe Yaalonun ordunun nəqliyyat vasitəsindən belə istifadəsi heç də hamıya xoş gəlməyib.

Nazirliyin mətbuat xidməti isə onun toya getmək üçün helikopterdən istifadəsinə aydınlıq gətirib. naziriliyin açıqlamasına görə, bu vaxt çatışmazlığı ilə bağlı olub.

Belə ki, Müdafiə Nazirliyində son günlərdə uzunmüddətli iclaslar keçir. Bunun üçün belə qərara gəlinib ki, Yaalon operativ müzakirələrdə iştirakdan qalmayacaq və qızının nikah mərasimində iştirak etmək üçün helikopterdən istifadə edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar