Nazir qayınatasının intiqamını aldı
26 May 2013 Bazar 21:42
Gürcüstan polisi xüsusi əməliyyat keçirib.
Şənbə günü gecə başlayan xüsusi əməliyyat nəticəsində Gürcüstan daxili işlər nazirinin sabiq müavini Giya Lortkipanidze və bir neçə keçmiş polis əməkdaşı saxlanılıb. Trend-in məlumatına görə, bu polislər 2001-ci ildə hazırkı daxili işlər nazirinin qanunsuz silah gəzdirməkdə günahlandırılan qayınatası Tamaz Tamazaşvilini saxlamışdılar.

"Gürcü arzusu" koalisiyası 2012-ci il okyabrın 1-də parlament seçkilərində qələbə qazandıqdan sonra Tamazaşvili azadlığa buraxılıb. Saxlanılan sabiq polis işçilərinin sözlərinə görə, Tamazaşvilinin bəraət alması üçün onlardan tələb olunub ki, guya onlar özləri bilərəkdən nazir İrakli Qaribaşvilinin qayınatasının cibinə silah qoyublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar