Nazir oğlu narkotik daşıdığına göre tutuldu
22 Oktyabr 2013 Çərşənbə Axşamı 23:42
Ermenistan polisinin metbuat xidmeti hadiseni metbuatdan gizletmeye çalışır.
Ermənstan gənclər və idman naziri Yuri Vardanyanın böyük oğlu 29 yaşlı David Ermənistan-İran sərhədində tutulub. ANS PRESS erməni mətbuatına istinadən məlumat verir ki, Qafan polis bölməsi hadisənin bir həftə qabaq baş verdiyini bildirib.

Cavan oğlan narkotika keçirmək cəhdinə görə saxlanılıb. O, həbs edilib və İrəvanda təcridxanaya salınıb. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Erməni mətbuatının yazdığına görə, polis hadisəni mətbuatdan gizlətməyə çalışır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar