Nazir: ""Metsamor" AES-də ən köhnə texnologiyadan istifadə olunur"
16 Aprel 2011 Şənbə 15:54
ETSN XİN-lə birgə atom stansiyasının təhlükəli olmasını sübut etmək üçün konkret materiallar toplamaqla məşğuldur.
Azərbaycan Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının bağlanmasına nail olmağı çalışır. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun sözlərinə görə, hazırda qurum Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə bu atom stansiyasının təhlükəli olmasını sübut etmək və ayrı-ayrı beynəlxalq təşkilatlara təqdim etmək üçün konkret materiallar toplamaqla məşğuldur.

Qeyd edək ki, Avropa ölkələri də bu stansiyanı dünyada ən təhlükəli mənbə hesab edirlər.

“Burada ən köhnəlmiş texnologiyadan istifadə olunur. "Metsamor" Sovet ittifaqının hələ təzə-təzə bu texnologiyaya yiyələndiyi dövrdə yaranan, təhlükəsizlik səviyyəsi çox aşağı olan bir məntəqədir. Biz bütün vasitələrlə bu stansiyanın bağlanmasına nail olmağa çalışmalıyıq”, deyə H. Bağırov qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar