Nazir istefaya göndərildi
15 Yanvar 2010 Cümə 23:30
Türkmənistan prezidenti ölkənin neft-qaz sənayesi nazirinin fəaliyyətindən narazı qalıb.
Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov ölkənin neft-qaz sənayesi və mineral resurslar naziri Oraznur Nurmıradovu istefaya göndərib. Türkmənistan dövlət başçısının belə qərar verməsinə səbəb nazirin vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilməməsi olub. Qeyd edək ki, Oraznur Nurmıradov bu posta 3 ay əvvəl təyin olunmuşdu.
Türkmənistan kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, dövlət başçısı həmin vəzifəyə Bayramgəldi Nedirovu təyin edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: