Nazir istefa verdi
27 Aprel 2013 Şənbə 11:01
Maykl Donli üçün nazir vəzifəsinin sonuncu iş günü iyunun 21-i olacaq.
ABŞ Hərbi Hava Qüvvələri naziri Maykl Donli istefa verir. ANS PRESS-in dünya mətbuatına istinadən verdiyi xəbərə görə o, bu vəzifədə beş il xidmət edib.
"Onun rəhbərlik etdiyi vaxt Hərbi Hava Qüvvələrləri üçün çətin dövrə təsadüf edir. Lakin o, xidmətdə məsuliyyət və peşəkarlıq mədəniyyətini aşılamağa kömək edib" – deyə ABŞ müdafiə naziri Çak Heygel bildirib.
Maykl Donli üçün nazir vəzifəsinin sonuncu iş günü iyunun 21-i olacaq.
DOSTLARINLA PAYLAŞ: