Bu həftə İsraildə səfərdə olan Çexiyanın müdafiə naziri Martin Bartak maraqlı açıqlamalar verib. Belə ki, o, helikopter pilotlarının İsrailin Neqevadada yerləşən hərbi bazalarının birində təlim keçdiyini bildirib.
Bartakın sözlərinə görə, çexiyalı hərbçilər İsrail pilotlarının təcrübəsini öyrənmək üçün bu ölkəyə göndərilib.
Qeyd edək ki, təlimin əsas məqsədi səhralıq şəraitində tapşırığın yerinə yetirilməsi olub. Həmçinin Çexiyanın xüsusi təyinatlıları da İsraildəki təlimlərdə iştirak edib.
Xatırladaq ki, 1948-1949-cu illərdə İsrail hərbi hava qüvvələrinin pilotları Çexoslovakiyada hazırlıq keçib.
ANSPRESS