Nazir canlı yayımda xiyar yedi
01 İyun 2011 Çərşənbə 16:39
İspan nazir tərəvəz məhsullarının təhlükəsiz olduğunu göstərmək istəyib.
İspaniyanın kənd təsərrüfatı naziri Avropanın tərəvəz bazarındakı təşvişi aradan qaldırmaq üçün qeyri-adi yola əl atıb. Nazir Rosa Aqilar canlı efirdə xiyar yeyib.
Hadisə "Sky News" kanalının efirində qeydə alınıb. Bununla da o, ispan xiyarının sağlamlıq üçün təhlükəsiz olduğunu nümayiş etdirmək istəyib. Hələlik nazirin səhhətində hər hansı problemin yaranıb-yaranmadığı bəlli deyil.
Qeyd edək ki, Almaniyada 16 nəfərin ölümünə səbəb olan bağırsaq infeksiyasına məhz İspaniya xiyarlarının səbəb olduğu güman edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: