Nazir böhranı
04 İyul 2013 Cümə Axşamı 09:04
Baş nazir özünün istefası üçün hansısa zəmin olmadığını bildirib.
Portuqaliyada maliyyə və xarici işlər nazirlərinin istefasından sonra, rəsmi Lissabon çətin vəziyyətdə qalıb. Ölkə prezidenti Anibal Silva, nazirlərin gözlənilməz istefa bəyanatlarından sonra yaranmış böhranı aradan qaldırmaq məqsədilə ölkənin əsas partiya liderləri ilə danışıqlara hazırlaşır. Bu gün prezidentin ölkənin baş naziri və Sosial –demokrat partiyasının lideri Pedro Koelho görüşəcəyi gözlənilir. Portuqaliya konstitusiyasına görə, danışıqlar öz bəhrəsinə verməyəcəyi təqdirdə, prezidentin parlamenti buraxmağa və yeni seçkilər elan etməyi tam səlahiyyəti çatır. (Mətbuatda dolanan söz-söhbətlərə ) görə, hakim partiyanın əsas müttəfiqi olan Portaş partiyasından daha 2 nazirin istefa verəcəyi istisna edilmir.

İstefa silsiləsindən sonra əsas diqqətlər baş nazirə yönəlsə də, Pedro Koelho, belə bir fikirdə olmadığını açıqlayıb.

Sinxron – Pablo Koelho –Portuqaliyanın baş naziri: “İstefa üçün heç bir əsas yoxdur, ona görə də istefa vermək fikrində deyiləm”
Baş nazir siyasi çıxılmaz vəziyyətin tezliklə öz həllini tapacağına ümidvar olduğunu bildirib.

Nazir hakimiyyətdən getmə ehtimallarını alt-üst etsə də, parlamentdəki siyasi dəstəyi itirəcəkləri təqdirdə, koalisyon hökümətin parçalanacağını istisna etməyib.

Portuqaliyada iqtidarda olan koalisiya parçalanacağı təqdirdə, hakim partiya, beynəlxalq maliyyə yardımları ilə bağlı islahatları davam etdirmək üçün parlamentdə lazımı səs sayını itirmiş olacaq.Ekspertlər hesab edir ki, belə olacağı təqdirdə, büdcə iflasından qaçınmağa çalışan Portuqaliya Avropa maliyyə böhranına ön planına keçəcək


DOSTLARINLA PAYLAŞ:

oyunlar