Nazir arvadının ölüm səbəbi bəlli oldu
21 Yanvar 2014 Çərşənbə Axşamı 23:25
Sunanda Puşkarın ölümü yüksək dozada antidepresantlardan istifadə üzündən baş verib.
Hind həkimləri nazir Şaşi Tarurun arvadının qəfil ölümünün sirrini açıblar.
ANS PRESS “BBC”yə istinadən bildirir ki, Sunanda Puşkarın ölümü böyük ehtimalla böyük dozada antidepresantlardan istifadə səbəbi ilə baş verib. Sunanda Puşkar ərinin ona xəyanət etməsinin ertəsi günü dünyasını dəyişmişdi.
Daha önjə patoloji-anatomik ekspertiza mütəxəssisləri bildirmişdilər ki, Sunanda Puşkarın ölümü qəfil və zorakı şəkildə baş verib.
Nazirin arvadının cəsədi keçən cümə Dehlidə otel otağında tapılıb.
DOSTLARINLA PAYLAŞ: