Nazir arvadı kokain satarkən yaxalandı
29 Yanvar 2010 Cümə 23:15
Nazir arvadı kokain satarkən yaxalandı. Şeril Kvele Braziliyada 300 min dollarlıq kokainlə saxlanılıb.
Cənubi Afrika Respublikasının dövlət təhlükəsizlik naziri Siabond Kvelenin arvadı narkotik maddələr alverində şübhəli bilinərək həbs olunub. Yerli mətbuatın məlumatına görə, Şeril Kvele kokain qaçaqmalçılığında ittiham olunur.

Ona qarşı ittiham qadının Braziliyada 300 min dollarlıq kokainlə saxlanılmasından sonra irəli sürülüb.

Şeril Kvele isə ona qarşı irəli sürülən ittihamı rədd edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar