Nazir ali hərbi rütbəli şəxsləri vəzifəsindən qovub
13 Noyabr 2014 Cümə Axşamı 13:36
Heydər Əbədi ordunun təsir gücünü artırmaq üçün belə bir addım atdığını bildirib.
İraqın baş naziri Heydər Əbədi hərbi rəhbərlikdə dəyişikliyə gedib.

ANS PRESS-in məlumatına görə, nazir ötən gün 30-dan çox ali hərbi rütbəli şəxsi vəzifəsindən qovub.

Əbədi bildirib ki, o, İŞİD terrorçularına qarşı mübarizədə ordunun təsir gücünü artırmaq məqəsdilə belə bir addım atıb. Nazir qovulan hərbiçiləri səriştəsizlikdə və korrupsiyada ittiham edib.

“Ordumuz regionda yaşanan hadisələr, beynəlxalq və daxili münaqişələrin təsiri altındadır. Bəzi qruplar vətənə sədaqət göstərmirlər. Onlar vətənə xəyanət edirlər. Bu cür addımlar ordunun parçalanmasına səbəb olur. Orduya olan etibarı bərpa etmək vacibdir. Lakin bu şüarlar atmaqla deyil, konkrekt tədbirlər görməklə mümkün ola bilər” - deyə Əbədi qeyd edib.

İŞİD-in İraq ordusu üzərində qazandığı uğurlar amerikalı hərbiçilər tərəfindən təlimləndirilən qoşunların döyüş hazırlığı səviyyələrinin aşağı olması gösətrilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar