Nazir 6 ildir bütün maaşı ilə tələbələrə təqaüd verir
24 Aprel 2013 Çərşənbə 05:57
Nazirin iaşəsini necə qarşılaması barədə məlumat verilməyib.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan 6 ildir millət vəkili maaşı ilə imkansız tələbələrə təqaüd verir. Bu barədə məlumatı nazir özü verib. Nazir Çağlayan doğma şəhəri Muş vilayətində orta məktəbi bitirən bir şagirdin rahatlıqla İstanbul və Ankarada məktəbi bitirən şagirdlərlə ali məktəb imtahanlarında yarışa biləcəyini deyib. Muşa hər getdiyi zaman 150 – 200 tələbənin təqaüd üçün ondan yardım istədiyini deyən nazir böyük zövqlə onlardan dəstəyini əsirgəmədiyini açıqlayıb.

“Bu məsələdə onlara böyük zövqlə dəstək verirəm. Keçmişdə çox çətin şəraitdə təhsil alan biri kimi bunu deməməliyəm. Amma madam ki, söz açıldı, deyirəm. Mən 6 ildir millət vəkili maaşımı almıram. O pulun tək bir qəpiyini götürmədən ehtiyacı olan tələbələrə təqaüd verirəm” – deyə nazir Zəfər Çağlayan bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar