Nazarbayevə Nobel?
05 Avqust 2011 Cümə 11:37
Qazaxıstan prezidentinin adı sülh mükafatına namizəd kimi irəli sürülə bilər
Norveçin “Bike for Peace” İctimai Təşkilatının rəhbəri Tore Naerland Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adının Nobel sülh mükafatına namizəd kimi təqdim edilməsini təklif edib. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Naerland artıq belə təklifin əks olunduğu məktubu ABŞ Konqresinə ünvanlayıb.
Qeyd edək ki, “Bike for Peace” İctimai Təşkilatı Qazaxıstanda bu ölkənin müstəqillik əldə etməsinin 20 illiyi və Semipalatinsk şəhərində yerləşən nüvə poliqonunun bağlanılması şərəfinə velosiped yürüşü təşkil edib.
Xatırladaq ki, Semipalatinskdəki nüvə poliqonu 1949-cu ildə yaradılmışdı. Bu poliqonda SSRİ-nin ilk nüvə silahı sınaqdan çıxarılıb. 1991-ci ildən poliqon bağlananadək 40 il müddətində burada 450 nüvə sınağı həyata keçirilib ki, bunun da təsiri indiyədək hiss olunmaqdadır. Qazaxıstanın poliqon yerləşmiş şərqində isə xərçənglə xəstələnənlərin sayı ölkənin digər yerlərinə nisbətən 3 dəfə çoxdur.
DOSTLARINLA PAYLAŞ: