Nazarbayev prezident kürsüsünü tərk etmək niyyətində deyil
15 Fevral 2011 Çərşənbə Axşamı 11:27
Qazaxıstan prezidenti Nazarbayev 2016-cı ildə də namizədliyini irəli sürəcək.
Qazaxıstanın hazırki dövlət başçısı Nursultan Nazarbayev 2016-cı ildə də yeni müddətə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının müşaviri Yerməhəmməd Yertısbayev məlumat verib.
“Yaxın onillik müstəqil Qazaxıstanın təşəkkül tapması və inkişafı üçün olduqca mühüm bir dövrdür. Odur ki, gələcəyimizi Nursultan Nazarbayevin rəhbərliyi altında birlikdə quracağıq”, - deyə o bildirib.
2011-ci il 3 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkisi öncəsi Nazarbayevin əhval-ruhiyyəsi ilə bağlı fikir bildirən Yertısbayev bildirib ki, “prezident öz qələbəsinə əmindir”.
Qeyd edək ki, Nazarbayev qarşıda duran prezident seçkisində namizəd kimi rəsmi olaraq ötən şənbə qeydiyyata alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: