Nazarbayev milli lider oldu
15 İyun 2010 Çərşənbə Axşamı 12:10
Nazarbayev milli lider oldu. Ona belə statusu verən qanun rəsmi mətbuatda dərc edilib.
Qazaxıstan parlamentinin mayın 13-də qəbul etdiyi, lakin dövlət başçısı Nursultan Nazarbayevin imzalamadığı “Milli lider haqqında” qanun bu gün rəsmi mətbuatda dərc edilib. Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyi məlumat yayıb.

Bu qanunların adları belədir: “Qazaxıstanın birinci prezidenti-Milli Liderin fəaliyyətinin təmin edilməsi barədə bəzi Konstiyusiya qanunlarının təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər və əlavələr haqqında”, “Qazaxıstan Respublikasının Birinci Prezidenti-Milli Liderin fəaliyyətinin təmin edilməsi məqsədi ilə Qazaxıstan Respublikasının bir sıra qanunverici aktlarına əlavə və dəyişikliklər haqqında”.

Hər iki qanunun dərcinin altından belə bir şərh verilib: “Qanun parlament senatının sədri Tokayeva K.K., məclis sedri Muxamecanova U.B., baş nazir Masimova K.K.-nın imzası ilə təsdiq edilir”.

Bununla belə, şərhlərdə hər iki qanunun hüquqi qüvvəyə minməsi dəqiq göstərilmir. Çünki Qazaxıstan Respublikası Konstitusiyasının 62-ci maddəsinin 2-ci bəndinə görə, “Respublikada qanunlar yalnız Respublika prezidentinin imzasından sonra qüvvəyə minir”.ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar