Nazarbayev İranı müdafiə edib
20 Noyabr 2011 Bazar 14:24
Qazaxıstan prezidenti İslam ölkəsinə qarşı qadağaları düzgün hesab etmir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev İranın müdafiəsinə qalxıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qazaxıstanlı dövlət başçısı jurnalistlərə açıqlamasında bildirib ki, İranın nüvə proqramı sülh məqsədi daşıyır, amma bəzi ölkələr İslam ölkəsinə qarşı ikitərəfli standartlarla yanaşırlar.

“Bir sıra ölkələr İranın nüvə proqramından narahat olduğunu iddia edir. Amma məncə, bu heç də inandırıcı deyil”,- deyə o, əlavə edib.


N. Nazarbayev vurğulayıb ki, Beynəlxalq platformada İrana tətbiq olunan qadağalar kifayət qədərdir, müzakirələr diplomatik çərçivədə davam etdirilməlidir. İrana qarşı hərbi əməliyyatların da aparılmasını düzgün addım hesab etmirəm.



DOSTLARINLA PAYLAŞ:

oyunlar