Nayrobidə ticarət mərkəzində əməliyyat sona çatdı
25 Sentyabr 2013 Çərşənbə 01:46
Əməliyyatda 70 nəfər öldü.
Keniyada ticarət mərkəzinində yüzlərlə adamı girov saxlayan terrorçular zərərsizləşdirilib. ANS PRESS-in xarici mediayaya istinadən xəbər verir ki, Nayrobidəki “Uestgeyt” ticarət mərkəzində terrorçuların zərərsizləşdirilməsi əməliyyatında 70-ə yaxın adam ölüb, 250 nəfərsə yaralanıb.

Terrorçulardan 5-i məhv edilib, 11-i isə saxlanılıb. Əməliyyat nəticəsində ticarət mərkəzinin 3 mərtəbəsi uçub. Dağıntılar arasında onlarla cəsəd qalıb. Bu səbəbdən ölənlərin sayının artacağı istisna deyil.

Ölənlər arasında əcnəbilər də var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar