Naxçıvanla həmsərhəd İğdırda atışma olub
28 İyul 2009 Çərşənbə Axşamı 10:05
Naxçıvanla həmsərhəd İğdırda atışma olub. Atışma nəticəsində iki polis yaralanıb

 

Naxçıvanla həmsərhəd olan Türkiyənin İğdır şəhərində terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma olub. "İhlas" xəbər agentliyinin yaydığı məlumata görə, atışma nəticəsində iki polis yaralanıb.

Qeyd edək ki, atışmaya axşam saatlarında şəhərdə hərəkət edən avtombildə olan terrorçuların təhlükəsizlik qüvvələrinin "saxla" əmrinə atəşlə cavab verməsi olub. Atışmada maşından düşən mənşəcə suriyalı olan terrorçu polisə atəş açıb. Daha 4 terrorçu isə saxlanılıb. Atışmaya başlayan terrorçu isə su kanalına düşüb. Hazırda onun axtarışları davam etdirilir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar