NATO komandanlığı Afrika Buynuzu sahillərində dəniz quldurlarına qarşı "Okean sipəri" adlanacaq yeni hərbi-dəniz əməliyyatlarının keçirilməsi barədə qərarı təsdiq edib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO Silahlı Qüvvələri Birliyinin Lissabondakı qərərgahından bildiriblər.
Şimali Atlantika Alyansı nümayəndələrinin bəyanatına görə, onlar Ədən körfəzi ərazisində dəniz quldurları tərəfindən törədilən cinayətlərdən əziyyət çəkən insanlara yardım göstərmək niyyətindədirlər. /ANS PRESS/