NATO yene de sehv etdi
05 Oktyabr 2013 Şənbə 22:39
Yaşları 12 – 20 arasında olan ovçulardan 3 neferi yeniyetme olub.
NATO hərbi kontingentinin qırıcıları Əfqanıstanda həyata keçirdiyi hava hücumu ilə “səhvən” ova çıxan 5 mülki əhalinin ölümümnə səbəb olub. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, hadisə Nanqarhar əyalətinin Cəlalabad şəhərində baş verib. Məlumata görə, yaşları 12 – 20 arasında olan ovçulardan 3 nəfəri yeniyetmə olub.
NATO rəsmiləri hava hücumunu doğrulasalar da itkilər barədə məlumat verməyiblər.
Qeyd edək ki, NATO sülhməramlıları daha əvvəl də dəfələrlə toy karvanına, yas mərasiminə və s. bu kimi ictimai yerlərə “səhvən” hücumlar edərək bölgədə mülki əhalinin ölümünə səbəb olub.
DOSTLARINLA PAYLAŞ: