NATO təyyarələri Liviyanın paytaxtı Tripolini bombalayıb
23 Aprel 2011 Şənbə 10:30
Fransa prezidenti isə yaxın vaxtda Benqaziyə gedəcək.
NATO qüvvləri bu səhər Liviyanın paytaxtı Tripolinin mərkəzi rayonuna aviazərbələr endirib. Bab Əziziyə rayonunda Liviya lideri Müəmmər Qəddafinin iqamətgahı yaxınlığındakı hərbi bazanın hədəfə alındığı bildirilir. Liviyanın hökumət mənbələrinin verdiyi məlumata görə üç nəfər ölüb. Şəhərdə partlayış səslərinin eşidildiyi bildirilir.

Liviya ordusu Misurat şəhəri ətrafından geri çəkiləcək. Liviya xarici işlər nazirinin müavini Xalid Kaim bunu bəyan edib. Xalid Kaim jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, hökumət qüvvələri nəinki ələ keçirə bilmədiyi şəhərin ətrafından, hətta ətraf yaşayış məskənlərindən geri çəkiləcək. Onun sözlərinə görə Misuratda vəziyyəti Liviya orduusu deyil, şəhərin sakinləri və tayfa nümayəndələri həll edəcək.

Xatırladaq ki, Misurat şəhəri təxminən iki aydır mühasirədə idi. Liviyada vətəndaş müharibəsinin başlamasından bəri bu şəhər uğrunda mübarizə gedirdi. Bu müddət ərzində Liviya rəhbərliyi şəhəri ələ keçirdiyini dəfələrlə bəyan etsə də, həmin məlumatlar sonradan təsdiqlənməmişdi. Şəhərin hökumət qüvvələri tərəfindən uzun sürən mühasirəsi nəticəsində isə ciddi humanitar böhran yaranıb.

Bu arada Fransa prezidenti Nikolya Sarkozinin yaxın zamanda Liviyanın şərqində üsyançıların mərkəzi sayılan Benqazi şəhərinə gedəcəyi xəbər verilib. Nikolya Sarkozi buna prinsipcə razılıq versə də, səfərin tarixi açıqlanmır.

Ötən gün Benqaziyə səfər edən amerikalı senator Con MakKeyn isə müttəfiqləri aviazərbələri gücləndirməyə və rejim əleyhdarlarına silah çatdırılmasını həll etməyə çağırıb. O,həmçinin üsyançıların hökumətini Liviya xalqının maraqlarının legitim daşıyıcısı kimi tanımağı təklif edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar