NATO taliblərdən heyfini çıxdı
11 Avqust 2011 Cümə Axşamı 12:09
Bin Ladeni öldürən amerikalıları taliblər məhv edib, NATO isə həmin talibləri öldürüb
NATO taliblərdən heyfini çıxıb. Belə ki, taliblər "Əl-Qaidə" terror qruplaşmasının lideri Üsamə bin Ladeni öldürən amerikalılarıməhv edib. NATO isı öz növbəsində aviazərbə ilə həmin talibləri külə döndərib. Bu barədə "Reuters" ABŞ və NATO-nun Əfqanıstandakı komandanlığına istinadən xəbər verib.

Pentaqonda general Con Allen deyib ki, taliblərin işini aviazərbə vasitəsilə bitiriblər.

NATO da hadisə ilə bağlı açıqlama yayıb:“Aviazərbə ilə avqusutun 6-da CH-47 vertolyotunu vuran taliblərin lideri mulla Mohibullah və onun döyüşçüləri məhv edilib”.

Xatırladaq ki, “Taliban”nın avqutun 6-da hədəf aldığı vertolyotda 38 nəfər həlak olub, onların arasında "Əl-Qaidə" lideri Üsamə bin Ladenin öldürülməsində iştirak edən hərbçilər də olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar