NATO regionda keçirəcəyi təlimlərlə əzələ nümayiş etdirir
17 Aprel 2009 Cümə 17:45
“Qafqazda vəziyyətin kifayət qədər gərgin olduğu bir vaxtda, NATO-nun Gürcüstandakı təlimlər barədə qərarı uzaqgörən qərar deyil”

Azərbaycan pezidenti ilə keçirdiyi mətubat konfransında Rusiya prezidenti Dmitri Medvedev NATO-nun Gürcüstanda keçiriləcəyi hərbi təlimlərinə də münasibət bildirib. D.Medvedyev deyib ki, bununla NATO regionda əzələ nümayiş etdirir: “Bu, Abxaziya və Cənubi Osetiya xalqlarına müsbət emosiya gətirməyəcək, çünki bu cür hərəkətlər açıq şəkildə əzələ nümayişi və hərbi kontingentin genişləndirilməsinə yönəlib. Qafqazda isə vəziyyətin kifayət qədər gərgin olduğu bir vaxtda, NATO-nun Gürcüstandakı təlimlər barədə qərarı uzaqgörən qərar deyil və Rusiya ilə tərəfdaşlıq münasibətlərinə ziddir. Bu cür qərarlar insanları məyus edir və Rusiya ilə NATO arasında hərtərəfli əlaqələrin bərpa olunmasına kömək etmir. Biz təlimləri yaxından izləycəyik və vəziyyətdən asılı olaraq müvafiq qərar qəbul edəcəyik”. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar