NATO qüvvələri əfqan polislərini atəşə tutub
08 Avqust 2009 Şənbə 20:25
Hadisə Kabildən cənub-şərqdə yerləşən Qəzni vilayətində baş verib

 

“Taliban” hərəkatının döyüşçülərilə qarşıdurma zamanı NATO qüvvələrinə məxsus helikopterlər səhvən əfqan polislərini atəş tutublar. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində beş əfqan polisi müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə Kabildən cənub-şərqdə yerləşən Qəzni vilayətində baş verib.

Xatırladaq ki, hazırda Əfqanıstanda taliblərin zərərsizləşdirilməsinə qarşı irimiqyaslı hərbi əməliyyatlar aparılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar