NATO qırıcıları Ukrayna sərhəddini izləyəcək
11 Mart 2014 Çərşənbə Axşamı 06:45
NATO Ukraynadakı mövcud durumu izləmək üçün Polşa və Rumıniyadakı "AWACS" kəşfiyyat qırıcılarından istifadə edəcək.
ANS PRESS-in xəbrinə görə, ittifaq bazar ertəsi günü uçuşların başladılmasına tapşırıq verib. NATO-nun mətbuat katibi kəşfiyyat qırıcılarının ittifaqa daxil olan zonalarda uçacağını bildirib.
Martın 16-da Krımın Ukraynadan ayrılması mövzusunda keçirilməsi gözlənilən referendumdan əvvəl Rusiyanın bölgədə təsir gücünü artırdığı nəzərə çarpır.
Ukrayna və Qərb isə bunun qeyri-qanuni olduğunu söyləyirlər.
Bazar ertəsi günü rus hərbi birlikləri və yerli milislər hesab edilən silahlı şəxslər Krımda bir hərbi xəstəxananı ələ keçirib, daha sonra Sevastopol mərkəzi xəstəxanalarının birində isə təxminən 30 xəstəni hədələyiblər.
Rus tərəfdarı olan birliklər Ukrayna əsgərlərinin Krım daxilində hərəkət etməsinə icazə vermir. Rəsmi Moskva isə əsgərlərinin bu cür əməliyyatlarda iştirak etdiyini təkzib edib.
Qeyd edək ki, Kiyev hökuməti, Avropa İttifaqı və ABŞ Rusiyanı beynəlxalq hüququ pozaraq Ukraynanı işğal etməkdə günahlandırır.
DOSTLARINLA PAYLAŞ: