NATO-nun yeni başağrısı - Arktika
18 Sentyabr 2009 Cümə 17:50
Alyans regionda Rusiya ilə əməkdaşlığa ümid bəsləyir
Bu gün NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, alyansın yeni strategiyasının əsas məqsədi Arktikada təhlükəsizlik olacaq. O bu regionda Rusiya ilə əməkdaşlığa "bel bağladığını" da qeyd edib.
"Mən Arktika ərazisində Rusiya və NATO arasında təkcə hərbi aspektdə deyil, həmçinin ekologiya, xilasetmə əməliyyatları və sair sahələrdə əməkdaşlıq üçün böyük diapazon görürəm", - deyə cümə günü Brüsseldə çıxışı zamanı bildirib.
Rasmussen qeyd edib ki, iqlim dəyişikliyi ilə əlaqədar olaraq Arktika mövzusu daha çox əhəmiyyətli məsələyə çevrilməyə başlayır.
DOSTLARINLA PAYLAŞ: