NATO-nun xarici işlər və müdafiə nazirləri Brüsselə toplaşır
14 Oktyabr 2010 Cümə Axşamı 09:25
Toplantıda yeni strateji konsepsiya müzakirə olunacaq.
Bu gün NATO-ya üzv ölkələrin xarici işlər və müdafiə nazirləri Brüsseldə toplaşır. Toplantının gündəliyində alyansın noyabrın 19-20-də Lissabonda keçiriləcək zirvə görüşündə təqdim olunacaq yeni strateji konsepsiyanın müzakirəsi dayanır.
İclasda eyni zamanda terror, kibercinayətkarlıq, enerji təhlükəsizliyi, nüvə proqramları da diqqət mərkəzində olacaq. Yeni strateji konsepsiyada İran və Şimali Koreyanın nüvə proqramlarının NATO üzvləri üçün yaratdığı təhlükəyə də geniş yer verilib.
NATO tarixində ilk dəfə keçiriləcək üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin ortaq toplantısında təşkilatda islahatlar, qurumun genişlənməsi məsələləri də müzakirə mövzusu olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: