NATO-nun dəniz quldurlarına zərbəsi
01 Mart 2010 Bazar Ertəsi 21:15
Piratlara məxsus bir gəmi okeanda məhv edilib
NATO hərbi gəmiləri Somali yaxınlarında dəniz quldurlarına məxsus olan bir gəmini məhv edib.

NATO qüvvələri tərkibində olan Danimarkaya məxsus “HDMS Absalon” hərbi gəmisi dəniz quldurlarına məxsus olan qayıqlardan birini raket atəşinə tutaraq onu okeanda batırıb.

Hind okeanında həyata keçirilən əməliyyat nəticəsində dəniz quldurlarının daha bir hücumunun qarşısının alındığı bildirilsə də, əməliyyatın təfərrüatları açıqlanmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar