NATO missiyasının İraqda qalma müddəti uzadıldı
20 İyul 2009 Bazar Ertəsi 22:00
İraq hökuməti müvafiq qərar qəbul edib

İraq hökuməti NATO missiyasının ölkədə qalma müddətinin uzadılması barədə qərar qəbul edib. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə bazar ertəsi Bağdadda İraq hökumətinin rəsmi nümayəndəsi Əli əd-Dabbaq bildirib.

"Analoji qərar İraq ordusunun döyüş qabiliyyəti və təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin gücləndirilməsi barədə qanun layihəsinə düzəlişlərin edilməsindən sonra qəbul olunub. Bu, İraqın güc strukturları əməkdaşlarının hazırlıq səviyyəsinin daha yaxşı təşkil olunması üçün nəzərdə tutulub", - deyə əd-Dabbaq bildirib.

Xatırladaq ki, əvvəlki sazişlərin şərtlərinə əsasən missiyanın vaxtı 2009-cu il 31 iyul tarixində başa çatır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar