NATO Liviyadakı əməliyyatları gələn həftə dayandıra bilər
02 Oktyabr 2011 Bazar 02:23
Bu barədə qərar NATO ölkələri müdafiə nazirlərinin Brüsseldəki toplantısında qəbul ediləcək.
NATO-nun Liviyadakı əməliyyatının aktiv fazası başa çatıb və gələn həftə Şimali Atlantika alyansı onu yekunlaşdıra bilər. Bunu “Associated Press” agentliyinə müsahibəsində ABŞ Silahlı Qüvvələri Afrika komandanlığının rəhbəri Karter Ham deyib. O, bildirib ki, gələn həftə NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə toplaşacaq və Liviyadakı missiyanın başa çatdırılması ilə bağlə qərar qəbul edəcək.

ABŞ ordusu Afrika komandanlığının rəhbəri deyib ki, bununla eblə, NATO-nun kəşfiyyat fəaliyyəti, Liviya ərazisindəki xüsusi əməliyyatlar, o cümlədən, pilotsuz təyyarələrdən istifadə olunması davam etdiriləcək. Karter Ham bəyan edib ki, bu, Liviyanın yeni hökumətinə sərhədlərin qorunması, silahların yayılmasına qarşı mübarizə kimi vacib məsələlərin şəllində yardım edə bilər. Lakin general qeyd edib ki, Liviya ərazisində hava hücumları dayandırılacaq. Belə hücumlar yalnız Liviyanın Milli Keçid Şurası havadan dəstəklə bağlı xahişindən sonra edilə bilər.

Qeyd edək ki, fevraldan Liviyada Müammər Qəddafinin tərəfdarları və əleyhdarları arasında vətəndaş müharibəsi başlayıb. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsindən sonra NATO sonunculara dəstək üçün münaqişəyə müdaxilə edib. Avqustun sonlarında qiyamçılar NATO qüvvələrinin yardımı ilə paytaxt Tripolini ələ keçiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar