NATO Liviyada səhvən müxalifəti vurdu: 13 ölü
03 Aprel 2011 Bazar 00:56
NATO-nun belə bir addım atmasına Qəddafinin tərəfdarları səbəb olub.
Liviyada Qəddafi hökumətinə qarşı başladılan xalq hərəkatına dəstək verən NATO qüvvələri qiyamçılara atəş açıb. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, NATO-nun bu səhvi 13 hərəkatçının ölümü ilə nəticələnib. NATO-nun belə bir addım atmasına Qəddafinin tərəfdarları səbəb olub. Belə ki, müxalifətçilərin arasına girməyə nail olan hökumət tərəfdarları bu mövqedən NATO təyyarələrinə atəş açıb. Qərb koalisiyasının açdığ bu səhv atəş nəticəsində daha 7 müxalifətçi yaralanıb.

Bunun uğursuz bir qəza olduğunu deyən NATO rəsmiləri hadisə barədə araşdırmalara başlayıb.

Qeyd edək ki, bu, NATO barəsində yeganə belə iddia deyil. Liviya hökuməti NATO bombardıman təyyarələrinin daha əvvəl də 19 mülki vətəndaşı öldürdüyünü iddia etmiş, Qərb koalisiyasının bu addımını sivilizasiyaya qarşı işlənmiş cinayət adlandırmışdı.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar