NATO İraqın təhlükəsizlik qüvvələrinı hazırlayacaq
27 İyul 2009 Bazar Ertəsi 20:15
İraqın təhlükəsizlik qüvvələri üçün kadrların hazırlanmasına dair saziş imzalanıb

 

İraq hökuməti və NATO arasında İraqın təhlükəsizlik qüvvələri üçün kadrların hazırlanmasına dair saziş imzalanıb. ANS PRESS-in “Online-Georgia”ya istinadən verdiyi xəbərə görə, sənədi NATO baş katibinin müavini Klaudio Bizonero və İraqın müdafiə naziri Abdel Kader əl-Məfrji imzalayıblar.

“Saziş İraq Respublikası və NATO arasında əməkdaşlıq istiqamətində yeni mərhələdir və alyansın suveren İraq hökuməti ilə tərəfdaşlığa bağlılığını nümayiş etdirir”, - deyə NATO mətbuat xidtmətinin yaydığı məlumatda bildirilir.

Sazişdə qeyd olunur ki, iki tərəf arasında imzalanan müqavilə “NATO-nun gələcəkdə İraqın təhlükəsizlik qüvvələrinin imkanlarının inkişafında Bağdada yardımın göstərilməsi üzrə missiyanın davam etdirilməsi NATO üçün hüquqi əsas olacaq”. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar