NATO indi də mülki əməliyyata başlayacaq
14 Fevral 2010 Bazar 12:20
Taliban” döyüşçülərinə qarşı aparılan əməliyyatın birinci hissəsi yekunlaşıb
Əfqanıstanın Helmand vilayətinin Məryah şəhərində “taliban” döyüşçülərinə məxsus məntəqələri tutmaq üçün geniş əməliyyatın birnci hissəsini başa çatdırıb. Birgə hücum əməliyyatında NATO qoşunlarının tərkibində vuruşan Böyük Britaniya əsgərləri əməliyyatın həyata keçirildiyi Məryah bölgəsində nəzarəti ələ alib.
Böyük Britaniya ordusunun komandanı Qordon Messencer jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Britaniya ordusu ərazini artıq uğurlu şəkildə nəzarətə alıb. O, əməliyyat nəticəsində üsyançıların az bir hissəsinin məhv olduğunu bildirsə də bunu Britaniya qoşunlarının uğuru adlandırıb. Onun sözlərinə görə, Helmand əəyalətinin Nad- e-Əli bölgəsində 1-ci qranatçılar batalyonundan bir Britaniya əsgəri patrul xidmətini yerinə yetirərkən dünyasını dəyişib. Lakin buna baxmayaraq baş komandan eyni zamanda “taliban” qüvvələri tərəfindən təhlükənin hələ sovuşmadığını və mübarizənin davam edəcəyini də vurğulayıb. Lakin baş komandan bir məsələni də vurğulayıb ki, əməliyyatın əsas hissəsi bundan sonradır. O, bildirib ki, bölgənin mülki əhalisini “taliban” qüvvələrindən təmizləmək əsas məqsədlərdən biridir.
NATO-nun əfqanıstan üzrə xüsusi nümayəndəsi Mark Sedvil də əməliyyatdan sonra jurnalistlərin qarşısına çıxıb. Sedvil etiraf edib ki, bölgə silahlılardan tam təmizlənməyib. Sedvil deyib ki, əməliyyatın mülki hissəsi hələ başlamayıb.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarına məxsus Hərbi Dəniz Qüvvələri və Əfqanıstan ordusu əsgərlərinin “taliban” qüvvələrinin nəzarəti altında olan və onların əsas istehkamı hesab olunan Məryah şəhərində havadan və yerdən birgə həyata keçirdiyi əməliyyat nəticəsində iyirmi “taliban” döyüşçüsü öldürülüb və səkkizi həbs olunub. Bu barədə məlumatı Əfqanstan qüvvələrinin baş komandanı Şer Məhəmməd Zazay verib. Əməliyyat nəticəsində həmçinin NATO qüvələrinə məxsus iki əsgər də həlak olub. Mülki şəxslərin Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə verdiyi məlumata əsasən bir qrup “taliban” əsgəri silahlanmaq və hökumətin dəstək almasının qarşısını almaq üçün hücum təşkil etmək məqsədilə şəhərin içərilərinə doğru çəkilib.
Əfqanıstana çoxdan gözlənilən bu hücum Birləşmiş Ştatların 2001-ci ildə Əfqanıstanda işğal prosesi həyata keçirməsindən bəri ən böyük hərbi əməliyyat və NATO-nun burada mülki əhalinin hüquqlarının qorunması istiqamətində yeni strategiya siyasəti hesab olunur. Eyni zamanda bu əməliyyat Birləşmiş Ştatlar prezidenti Barak Obamanın Əfqanıstana 30 000 nəfərdən ibarət yeni ordunun göndərilməsi ilə bağlı qərarından sonra həyata keçirilən ən ir miqyaslı birgə əməliyyat hesab olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: